Ukraynalılar daha NATO üzvlüyünü dəstəkləmirlər- SORĞU

   Ukraynalılar daha NATO üzvlüyünü dəstəkləmirlər-    SORĞU
  05 Aprel 2022    Oxunub:1364
Ukraynada NATO ilə bağlı sorğu keçirilib. AzVision.az xəbər verir ki, “Reytinq” Sosioloji Qrupunun 30-31 mart tarixlərində keçirdiyi sorğunun nəticələrinə görə alyansa qoşulmağa dəstək verənlərin sayının aşağı düşdüyü bəlli olub.
Sorğunun nəticələrinə görə, vətəndaşlar arasında NATO-ya üzvlüklə bağlı dəstək səviyyəsi azalmaqda davam edir.

Genişmiqyaslı müharibənin ilk günlərində Ukraynanın NATO-ya daxil olmasına dəstək 62%-dən 76%-ə yüksəlsə də, ilk həftədə dəstəyin 72%-ə qədər azalması müşahidə edilib.

"Martın sonuna dəstəklə bağlı rəqəm 68% təşkil edib. Yəni müharibədən əvvəlki rəqəmlərə yaxınlaşır", - hesabatda deyilir.

Respondentlərin 95%-i Ukraynanın Rusiyanın hücumunu dəf edə biləcəyinə inanır. Onların 69%-I buna tam əmindir, 25%-i isə olduqca əmindir.

Eyni zamanda, qələbənin bir neçə həftəyə mümkün olacağına inananların sayı getdikcə azalır.Respondentlərin 30%-i hesab edir ki, Ukraynanın rus qoşunlarının hücumunu dayandırması üçün bir neçə həftə kifayət edəcək, baxmayaraq ki, martın əvvəlində buna inananlar 39% idi. Respondentlərin daha 5%-i əmindir ki, qalib gəlmək üçün Ukraynaya cəmi bir həftə vaxt lazımdır.

Sorğu auditoriyası Krım və Donbassın müvəqqəti işğal olunmuş əraziləri istisna olmaqla, bütün regionlarda Ukraynanın 18 yaş və ondan yuxarı yaşda olan əhalini əhatə edib. Sorğu üsulu kompüterdən istifadə edərək və ya telefonla müsahibə şəklində qurulub.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti