Ermənilər Paşinyana Çauşeskonun taleyini xatırlatdılar - FOTO

   Ermənilər Paşinyana Çauşeskonun taleyini xatırlatdılar -    FOTO
  05 Aprel 2022    Oxunub:1683
Ermənistan müxalifətinin bu gün İrəvanda təşkil etdiyi mitinqdə baş nazir Nikol Paşinyanın əleyhinə bir sıra aşağılayıcı şüarlar səsləndirilib. AzVision.az xəbər verir ki, yerli media etiraz aksiyasında ölkə rəhbərinin gələcək taleyini əks etdirən rəmzi fotoların da qaldırılmasına diqqət çəkib.
"İrəvanın mərkəzində minlərlə etirazçının toplaşdığı aksiyada Çauşeskonun arvadı ilə olan fotosu da qaldırılıb. “Vətəndaş Şüuru” Qeyri Hökumət Təşkilatının rəhbəri Narek Samsonyan bununla bağlı deyib ki, mitinq iştirakçıları rəhbərliyə Çauşesko ilə həyat yoldaşını da xatırladıblar.

İrəvanın mərkəzində mitinq keçirilib - VİDEO
- Deyirlər ki, kapitulyator tez-tez Çauşeskunu yuxuda görür, - Samsonyan baş nazirə söz ataraq onun və ailəsinin taleyinin rumın diktatorun faciəvi sonluğunda olduğu kimi ağır şəkildə bitəcəyinə işarə vurub.

Qeyd edək ki, bu gün İrəvanda müxalifət ölkə rəhbərinin yürütdüyü xarici siyasətə qarşı mitinq təşkil edib. Aksiyada Azərbaycan torpaqları ilə bağlı da sərsəm şüarlar səsləndirilirb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İrəvan   Paşinyan   Çauşesko  



Xəbər lenti