Avropa Məhkəməsi Ermənistanın vəsatətini rədd edib

Avropa Məhkəməsi Ermənistanın vəsatətini rədd edib
  05 Aprel 2022    Oxunub:877
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistanın növbəti vəsatətini rədd edib.
AzVision.az xəbər verir ki, bunu Ali Məhkəmə sədrinin müavini, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Tvitter hesabında yazıb.

“Avropa Məhkəməsi Azərbaycanın təqdim etdiyi mövqeyə uyğun olaraq 4 aprel 2022-ci ildə növbəti dəfə Ermənistanın müvəqqəti təminat tədbirləri barədə vəsatətini rədd edib.

Qonşu ölkə anlamalıdır ki, beynəlxalq hüquq olan yerdə siyasi spekulyasiyalar əhəmiyyətsizdir”, - o bildirib.

AzVision.az



Teqlər:



Xəbər lenti