Pentaqon hipersəs raketinin uğurlu sınağını təsdiqləyib

   Pentaqon hipersəs raketinin    uğurlu sınağını təsdiqləyib
  05 Aprel 2022    Oxunub:1297
ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Tədqiqat Layihələri Agentliyi (DARPA) hipersəs raketinin uğurla sınaqdan keçirildiyini təsdiqləyib. Pentaqon döyüş sursatlarının uğurlu uçuş sınaqlarının reallaşmasını etiraf edib.
"ABŞ Moskvanı təxribata çəkməmək üçün gizli raket sınağı keçirib" - CNN
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin bəyanatında məlumat verilib.

Qeyd olunur ki, DARPA və ABŞ Hərbi Hava Qüvvələri "Hypersonic Air-breathing Weapon Concept (HAWC) layihəsi çərçivəsində yaradılan hipersəs raketinin uçuş sınaqlarını başa çatdırıb. Sursat "Lockheed Martin" şirkəti tərəfindən istehsal edilib.
HAWC hipersəs raketinin ilk buraxılışının reallaşması 2021-ci ildə məlum olub.

Qeyd edək ki, bu gün CNN ABŞ-ın mart ayında hipersəs raketlə bağlı gizli sınaq keçirməsi barədə məlumat yaymışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:  



Xəbər lenti