ABŞ Rusiyaya qarşı yeni genişmiqyaslı sanksiyaları elan edəcək

ABŞ Rusiyaya qarşı yeni genişmiqyaslı sanksiyaları elan edəcək
  05 Aprel 2022    Oxunub:668
ABŞ-ın Moskvaya qarşı yeni məhdudlaşdırıcı tədbirləri digər məsələlərlə yanaşı, Rusiyaya bütün investisiyaların yatırılmasını qadağan edilməsini də əhatə edəcək.
AzVision.az -ın məlumatına görə, bu barədə “Reuters” agentliyi öz mənbəsin istinadən xəbər verir.

Qeyd olunub ki, ABŞ Rusiya maliyyə institutlarına qarşı sanksiyaları da sərtləşdirmək niyyətindədir. Yeni tədbirlər aprelin 6-da elan olunacaq.

Agentliyin məlumatına görə, sanksiyalar müəyyən sayda Rusiya dövlət məmurlarına və onların ailə üzvlərinə, həmçinin Rusiya Federasiyasının bəzi dövlət müəssisələrinə şamil olunacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti