Kanada Rusiyanın ən varlı insanını “qara siyahı” ya saldı

   Kanada Rusiyanın ən varlı insanını    “qara siyahı”   ya saldı
  06 Aprel 2022    Oxunub:881
Kanada Ukraynadakı hadisələrə görə Rusiyanın iş adamlarına qarşı sanksiya tətbiq edib. AzVision.az -ın məlumatına görə, siyahıda “Norilsk Nikel” şirkətinin prezidenti Vladimir Potanin, "Renova"nın sahibi Viktor Vekselberq, “Sibur”un səhmdarı Kirill Şamalov və “Novatek”in rəhbəri Leonid Mixelsonun adı var.
Kanada hökumətinin saytında dərc olunan siyahıya həmçinin biznesmen Dmitri Pumpyanski, Qalina Pumpyanskaya, biznesmen Aleksandr Vinokurov, “Rusaqro” şirkətinin direktorlar şurasının sədri Vadim Moşkoviç, Rusiya Baş Qərargahının (QRU) Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov da daxil edilib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Rusiya   Kanada  



Xəbər lenti