Dünyada yoluxma sayı 490 milyonu ötüb

   Dünyada    yoluxma sayı 490 milyonu ötüb
  06 Aprel 2022    Oxunub:587
Dünyada koronavirusa yoluxanların sayı 490 milyonu, ölənlərin sayı isə 6,15 milyonu ötüb. AzVision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Aprelin 5-də ÜST dünya üzrə 490 853 129 yoluxma və 6 155 344 nəfərin ölməsi barədə məlumat alıb. Gün ərzində yoluxanların sayı 872 868, ölənlərin sayı 16 079 nəfər artıb.
Yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya və Fransa ilk dördlüyü bölüşür. ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 79 426 860 nəfərə çatıb, 974 431nəfər infeksiya səbəbindən vəfat edib. İkinci yerdə qərarlaşan Hindistanda 43 029 839 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 521 416 nəfər ölüb. Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 29 999 437 nəfər virusa yoluxub, onlardan 660 147 nəfəri ölüb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Koronavirus  



Xəbər lenti