ABŞ “Patriot”la Tayvanın müdafiəsini gücləndirir

ABŞ “Patriot”la Tayvanın müdafiəsini gücləndirir
  06 Aprel 2022    Oxunub:735
ABŞ Dövlət Departamenti Tayvanla “Patriot” hava hücumundan müdafiə sistemlərinə texniki xidmət göstərmək üçün müqavilənin bağlanmasını təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Müdafiə Əməkdaşlıq və Təhlükəsizlik Administrasiyası məlumat yayıb. Qeyd olunub ki, “Patriot” Tayvanın təhlükəsizliyini gücləndirəcək və bölgədə siyasi sabitliyə, hərbi balansa töhfə verəcək. Müqavilənin dəyəri 95 milyon dollardır. Vaşinqtonun Tayvanla hərbi-texniki əməkdaşlığı rəsmi Pekinin narahatçılığına səbəb olub.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Patriot  



Xəbər lenti