Ukrayna İsveçrə prezidentini Danimarka bayrağı ilə qarşıladı

Ukrayna İsveçrə prezidentini Danimarka bayrağı ilə qarşıladı
  15 Aprel 2014    Oxunub:1786
Bazar ertəsi İsveçrə prezidenti Didye Burkxalter və Rada tərəfindən yeni təyin olunmuş baş nazir Arseniy Yatsenyukun görüşü biabırçılqla başlayıb. Belə ki, İsveçrəli ali qonağı qəbul edən tərəf nədənsə Danimarka bayrağını asıb.

Ukraynanın yeni hakimiyyətini, ola bilər ki, Danimarka və İsveçrə bayraqlarının oxşarlığı çaşdırıb. Hər iki ölkənin bayrağında qırmızı fon üzərində ağ xaç mövcuddur.

AzVision.az xəbər verir ki, İsveçrənin `20 Minuten` nəşrinin məlumatına görə Burkxalter diplomatik insidenti gülüşlə qarşılayıb və Yatsenyukun əlini sıxmadan səhvi nəzərə almalarını işarə edib.

Qeyd edək ki, diplomatik protokola əsasən ali qonağı qəbul edən tərəf öz bayrağı ilə bərabər qonağın təmsil etdiyi ölkənin də bayrağını asmalıdır.


Teqlər:  





Xəbər lenti