ABŞ-dan Rusiyanın BMT TŞ-dan çıxarılması istəklərinə münasibət

ABŞ-dan Rusiyanın BMT TŞ-dan çıxarılması istəklərinə münasibət
  06 Aprel 2022    Oxunub:745
ABŞ administrasiyası Rusiyanı BMT Təhlükəsizlik Şurasından kənarlaşdırmaq üçün heç bir imkan görmür.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib. O, Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması və veto hüququna malik olması ilə bağlı narazılığını bildirən Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatlarını şərh edərkən qeyd edib:

“Düşünürəm ki, o, açıq-aydın Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasından məyusluğu haqqında danışıb. Biz bunu dəyişməyin yolunu görmürük”.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: BMT   Rusiya  



Xəbər lenti