Çilidə baş verən meşə yanğınları 16 nəfərin həyatına son qoyub.
AzVision.az Teleqraf.com-a istinadən xəbər verir ki, ötən gecə saatlarında Valparaiso şəhərində başlayan yanğın, təxminən 12 saat ərzində tüğyan edib. Güclü külək və tüstü helikopterlərin yaxınlaşamsına imkan verməyərək, yanğınsöndürənlərin işini çətinləşdirib. Min nəfərə qədər yanğınsöndürən hadisə yerinə cəlb olunub, on min nəfər yerli sakin evakuasiya edilib. Ölkə prezidenti Mişel Baçelet də əraziyə baş çəkib.