İstanbul Boğazı bağlandı - FOTOLAR

   İstanbul Boğazı bağlandı -    FOTOLAR
  06 Aprel 2022    Oxunub:1432
Türkiyənin İstanbul şəhərindən müşahidə edilən qatı duman səbəbindən İstanbul Boğazı bağlanıb.

AzVision.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Sahil Mühafizəsi Baş İdarəsi yayıb. Qeyd olunub ki, yerli vaxtla 01:20-dən etibarən hər iki istiqamətdə müvəqqəti olaraq gəmilərin hərəkəti dayandırılıb.
İstanbulun Avropa və Asiya hissələri arasında hərəkət edən dəniz bərələrinin hərəkəti də dayandırılıb. Hava şəraitinin İstanbul hava limanlarının işinə təsir edib-etmədiyi barədə hələlik məlumat verilmir.









AzVision.az


Teqlər: İstanbul  



Xəbər lenti