Rumıniyada yüksək sürətlə hərəkət edən avtomobil Rusiya səfirliyinin hasarına çırpılıb. AzVision.az xəbər verir ki, bu barədə “Digi 24” telekanalı məlumat yayıb. Bildirilir ki, avtomobil çırpıldıqdan sonra yanmağa başlayıb. Yanğınsöndürənlər yanğını söndürsələr də, sürücünü xilas etmək mümkün olmayıb.
Telekanalın hüquq-mühafizə orqanlarındakı mənbələri avtomobilin sürətinin yüksək olduğunu, bunun qəsdən törədildiyini istisna etmirlər: "Sürücü birbaşa əsas giriş qapısına tərəf gedib və avtomobilini hasara çırpıb. Müstəntiqlər həm qəza, həm də qəsdən törədilmiş hərəkəti nəzərdən keçirirlər".
Həmçinin bildirilir ki, diplomatik nümayəndəlik binasında növbətçi jandarm sürücüyə dərhal hadisə yerini tərk etməyi əmr edib, lakin o, cavab olaraq nəsə qışqırıb və sonra özünü yandırıb. Səfirlik ətrafında nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.
İlkin Nəcəfzadə
AzVision.az