Yunanıstan 12 rus diplomatını arzuolunmaz şəxs elan edib

Yunanıstan 12 rus diplomatını arzuolunmaz şəxs elan edib
  06 Aprel 2022    Oxunub:1478
Rəsmi Afina Rusiyanın Yunanıstanda akkreditə olunmuş diplomatik və konsulluq nümayəndəliklərinin 12 əməkdaşını persona non-qrata elan edib. AzVision.az xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
İsveçdəki rus diplomatlara “mesaj”: “Cənab çekistlər”
“Onlar 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının və 1963-cü il Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyasının müddəalarına uyğun olaraq arzuolunmaz şəxs elan ediliblər”, - məlumatda deyilir.

Qeyd edək ki, Rusiya Ukrayna ərazisinə qoşun yeritdiyi üçün əksər Qərb ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Bununla paralel olaraq rus diplomatlar da arzuolunmaz şəx elan edilirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Yunanıstan   Rusiya  



Xəbər lenti