Ermənistanda qırıcıların Rusiyaya verilməsini etiraf etməyə başladılar - VİDEO
Bundan başqa, məsələ Rusiya və Ermənistanda gərginliyə yol açıb. Belə ki, “Haber Global”ın 4 qırıcı təyyarəsinin pilotlarla birgə Rusiyaya göndərilməsi xəbəri Ermənistanın kəşfiyyatının da zəifliyini ortaya çıxarıb. Gizli məlumatın mətbuata sızması N.Paşinyanı Rusiyaya qarşı çətin vəziyyətə salıb, iki ölkə arasında diplomatik gərginlik alovlanmağa başlayıb.
İndi isə dünya ictimaiyyətinin Ermənistanın Ukraynanın işğal edilməsində Rusiyaya verdiyi dəstəyə reaksiyasının necə olacağı diqqət mərkəzindədir. Xatırladaq ki, Ermənistanın Rusiyaya döyüş təyyarəsi və pilotlarla dəstək verməsi xəbərini ilk dəfə “Haber Global” televiziya kanalı ictimailəşdirib. Ermənistan lideri Nikol Paşinyan əvvəlcə bu xəbəri təkzib etsə də, daha sonra “Haber Global”ın yayımladığı peyk görüntüləri onu səssiz qalmağa vadar edib.
Beləliklə, Ermənistan bu hərəkəti ilə müharibənin tərəfi, işğalın isə şəriyinə çevrilib. Bundan əlavə, qırıcı təyyarələrinin ölkəni heç tərk etməməsi ab-havasını yaratmaq məqsədilə Ermənistan hökuməti təcili surətdə Suriyadan Su-30 təyyarələri gətirib və NATO nümayəndələrinə nümayiş etdirib. Ermənistan hökuməti hələ də “Haber Global”ın ötən həftə paylaşdığı peyk görüntülərinə cavab verə bilməyib.
AzVision.az
Teqlər: Ermənistan Qırıcı







Vaxtında, Aydın, Lazımlı!


