Rusiya ukraynalı məşhur aparıcını terrorçu elan etdi

   Rusiya ukraynalı  məşhur aparıcını terrorçu elan etdi
  06 Aprel 2022    Oxunub:685
Rusiya ukraynalı teleaparıcı Dmitro Qordonu ekstremist fəaliyyətdə və ya terrorizmdə iştirakı barədə məlumat olan şəxslər və təşkilatlar siyahısına daxil edib.
AzVision.az “Interfax”a istinadən xəbər verir ki, Maliyyə Monitorinqi üzrə Federal Xidməti jurnalistin adını bu gün "qara siyahı"ya əlavə edib. Bundan əlavə, qurum ukraynalı digər jurnalist, əslən əfqan olan Fəxrəddin Şərəfmalı da siyahıya salıb. Qanuna əsasən, banklar bu siyahıya daxil olan şəxslərin vəsaitlərini dondurur və onlara xidməti dayandırır.

AzVision.az



Teqlər: Ukrayna   Terrorçu  



Xəbər lenti