"Diplomatımızın Lüksemburqdan qovulması cavabsız qalmayacaq" - Zaxarova

   "Diplomatımızın Lüksemburqdan qovulması cavabsız qalmayacaq" -    Zaxarova
  06 Aprel 2022    Oxunub:607
Rusiyalı diplomatın Lüksemburqdan qovulmasına müvafiq cavab veriləcək. AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Norveç 3 rus diplomatını ölkədən qovur
Xatırladaq ki, Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Lüksemburq rusiyalı diplomatı persona non-qrata elan etdiyi üçün o, ölkəni tərk etməli olacaq.
Səfirliyin saytında yerləşdirilən məlumata görə isə, ümulikdə Rusiya nümayəndəliyində altı nəfər çalışır.

Qeyd edək ki, Rusiya Ukrayna ərazisinə qoşun yeritdiyi üçün əksər Qərb ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Bununla paralel olaraq rus diplomatlar da arzuolunmaz şəx elan edilirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Səfirlik  



Xəbər lenti