Latviyada rusların 100 milyon avroluq əmlakına həbs qoyuldu

   Latviyada rusların    100 milyon avroluq əmlakına həbs qoyuldu
  06 Aprel 2022    Oxunub:850
Ukrayna hadisələri ilə əlaqədar Latviya tərəfindən dondurulmuş ruslara məxsus daşınmaz əmlakın dəyəri 100 milyon avronu keçir.
AzVision.az xəbər verir ki, bu barədə “rus.lsm.lv” xəbər portalı məlumat yayıb. Ədliyyə naziri Janis Bordansın verdiyi məlumata görə, sanksiyalar siyahısında olan Rusiya vətəndaşlarına aid Latviyanın dondurduğu daşınmaz əmlakın dəyəri 100 milyon avronu ötüb.

Nazirin qeyd etdiyi kimi, hüquqi şəxslərin aktivləri ilə bağlı məlumatlar hələ təqdim edilməyib, onun fikrincə, bu, daha qiymətli ola bilər. Bordansın fikrincə, bu aktivlərə Latviya limanlarında müxtəlif təhlükəli yüklər də daxil ola bilər ki, Latviya onlara xüsusi diqqət göstərməlidir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Latviya  



Xəbər lenti