G7 ölkələrinin XİN rəhbərləri Ukraynanı müzakirə edəcək

 G7 ölkələrinin XİN rəhbərləri Ukraynanı müzakirə edəcək
  06 Aprel 2022    Oxunub:1340
G7 ölkələrinin (G7: Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) xarici işlər nazirləri aprelin 7-də Brüsseldə Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.
AzVision.az xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Andrea Sasse bildirib. "Xarici işlər naziri Annalen Burbok xarici işlər nazirlərini sabah G7-nin iclasına dəvət edir. Orada təbii ki, Ukraynadakı vəziyyət də diqqət mərkəzində olacaq", - Sasse deyib.

Qeyd edək ki, G-7-yə Almaniya sədrlik edir.

İlkin Nəcəfzadə
AzVision.az





Teqlər: G-7  



Xəbər lenti