"Rusiya aclıqdan silah kimi istifadə edir" - Zelenski

   "Rusiya aclıqdan silah kimi istifadə edir" -    Zelenski
  06 Aprel 2022    Oxunub:798
Rusiya aclığı adi insanlara qarşı silah və hökmranlıq vasitəsi kimi istifadə edir. AzVision.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İrlandiya parlamentində çıxışı zamanı deyib.
- Rusiya ixrac üçün nəzərdə tutulmuş kənd təsərrüfatı məhsullarının yükləndiyi gəmilərlə birlikdə bütün dəniz limanlarımızı bağladı. Niyə belə edirlər? Çünki onlar aclığı da özlərinin silahı hesab edirlər. Silah bizə, sadə insanlara qarşıdır... Dominantlıq aləti kimi istifadə olunur, - prezident deyib.

Qərbi Afrikada aclıq çəkənlərin sayı 38 milyona çata bilər
O, Ukraynanın dünya ərzaq bazarında aparıcı dövlətlərdən biri olduğunu vurğulayıb.

- Bizim ixracımızın dayanması sadəcə məhsul qıtlığı yaratmayacaq. Bu, Afrika və Asiyanın ondan çox ölkəsi üçün aclıq təhlükəsidir. Çünki kifayət qədər məhsul həcmi olmayacaq və qiymətlər əhəmiyyətli dərəcədə artacaq. Bu, faktdır, - ölkə rəhbəri qeyd edib.

Dövlət başçısı fikirlərinə onu da əlavə edib ki, “Afrikanın şimalında və Asiyanın bəzi bölgələrində yaşayan milyonlarla yoxsul insanlar üçün ailələrini dolandırmaq daha da çətinləşəcək”.

- İndi Ukraynada əkin kampaniyasının vaxtıdır. Bizim əkin kampaniyamızı pozmaq, infrastrukturumuzu dağıtmaq qəsdən yaradılmış ərzaq böhranına səbəb olur. Bəs bu böhran nəticəsində nə baş verəcək? Rusiya xalqımıza qarşı müharibənin ilk günlərindən aclıqdan istifadə edir. Ən pis formada isə Mariupolda istifadə edir, - Zelenski gileylənib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Zelenski   Rusiya   Aclıq  



Xəbər lenti