Putin sülh üçün Macarıstana getməyə hazırdır: Lakin şərti var

   Putin sülh üçün Macarıstana getməyə hazırdır:    Lakin şərti var
  06 Aprel 2022    Oxunub:838
Macarıstanın baş naziri Viktor Orban Rusiya prezidenti Vladimir Putini sülh danışıqları üçün Macarıstana dəvət etdiyini, cavabın müsbət olduğunu bildirib. AzVision.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
"Orban mətbuat konfransında deyib ki, Putinlə danışıqlar aparıb. Putini Ukrayna və Fransa prezidentlərinin, eləcə də Almaniya kanslerinin iştirakı ilə Macarıstanda keçiriləcək sülh danışıqlarına dəvət edib. O, Putinin cavabının müsbət olduğunu, lakin şərtlərinin olacağını bildirib", - Agentliyi məlumatında deyilir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti