Jirinovskini parlamentdə o əvəz edəcək

   Jirinovskini parlamentdə o əvəz edəcək
  06 Aprel 2022    Oxunub:1177
Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Leonid Slutski Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) parlament fraksiyası rəhbərinin vəzifələrini icra edəcək.
AzVision.az -ın məlumatına görə, bunu fraksiya rəhbərinin vəzifəsini icra edən Yaroslav Nilov deyib.

O, L.Slutskinin partiya üzvləri arasında yekdilliklə bu vəzifəyə seçildiyini bildirib.

Eyni zamanda, Aleksey Didenko RLDP-nin parlamentdən kənar sədr vəzifələrini icra edən təyin olunub

Qeyd edək ki, RLDP-nin sədri Vladimir Jirinovski bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.

AzVision.az


Teqlər:



Xəbər lenti