"Rusiya Ukraynada soyqırımı törədir" - Duda

   "Rusiya Ukraynada soyqırımı törədir" -    Duda
  07 Aprel 2022    Oxunub:1952
Polşa prezidenti Anjey Duda Rusiyanın Ukrayna ərazisindəki davranışlarının soyqırımı olduğuna əminliyini ifadə edib. AzVision.az xəbər verir ki, prezident Avropanın Putinə ultimatum verməli olduğunu söyləyib.
Jurnalist Polşa prezidentindən Zelenskinin Rusiyanın Buçadakı hərəkətlərinin soyqırımı kimi qiymətləndirməsi ilə razı olub-olmadığını soruşub. Duda cavab verib ki, “bununla razılaşmamaq çətindir”.

Polşa lideri vurğulayıb ki, işğalın əsas məqsədi Ukrayna xalqını məhv etməkdir. Bu qədər mülki vətəndaşın öldürülməsi Rusiya Federasiyasının əsl niyyətindən xəbər verir.

- Biz həmişə eşitmişik ki, Rusiya ilə danışıqlar aparmaq lazımdır. Amma Moskva ilə dialoqun mənası yoxdur. Putini sərt şərtlər qarşısında qoymaq lazımdır. Demək lazımdır ki, o, bu şərtləri yerinə yetirməsə, danışıqlar üçün heç bir mövzumuz olmayacaq, - Polşa lideri vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Polşa   Ukrayna  



Xəbər lenti