"ABŞ və NATO Rusiya ilə müharibəyə hazır deyil" - Narışkin

   "ABŞ və NATO Rusiya ilə müharibəyə hazır deyil" -    Narışkin
  07 Aprel 2022    Oxunub:786
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Qərb ölkələrinin Ukraynaya dəstək məqsədilə birbaşa müharibəyə qoşulmaq ehtimalından danışıb.
AzVision.az xəbər verir ki, o, rəqiblərinin buna hazır olmadıqlarını bəyan edib.

- ABŞ və əksər NATO üzvləri Ukrayna tərəfindən Rusiyaya qarşı birbaşa açıq silahlı toqquşmalara getməyə hazır deyil, - Rusiya rəsmisi deyib.

Qeyd edək ki, NATO Rusiya-Ukrayna müharibəsi başlayandan dəfələrlə bəyan edib ki, müharibəyə qoşulmayacaq. Çünki bunun üçün hüquqi əsas yoxdur.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti