"ABŞ Ukraynada alçaq üsullardan istifadə edir" - Narışkin

"ABŞ Ukraynada alçaq üsullardan istifadə edir" -    Narışkin
  07 Aprel 2022    Oxunub:1063
Birləşmiş Ştatlar Ukraynadakı xüsusi hərbi əməliyyatların uzanması üçün “ən alçaq üsullardan” istifadə edir. O cümlədən silahlı yaraqlıları bura terrorçuların təşkilatlanması üçün göndərir.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

Onun sözlərinə görə, ABŞ-ın indiki əsas vəzifəsi Ukraynadakı münaqişəni mümkün qədər uzatmaqdır ki, bununla da döyüşlərin Moskva və Kiyev üçün mümkün qədər baha başa gəlməsini təmin etsin.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti