Narışkin: "NATO Ukraynanı Əfqanıstana çevirmək istəyir"

      Narışkin:    "NATO Ukraynanı Əfqanıstana çevirmək istəyir"
  07 Aprel 2022    Oxunub:1175
Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin ABŞ və Avropa dövlətlərində liberal nasist diktaturasının yarana biləcəyini istisna etməyib.
“Biz hələ də Qərbdə mifik Rusiya təhlükəsinə deyil, onun öz liderlərinə yönəlmiş, sadə avropalıları və amerikalıları geosiyasi macəralarının və yanlış hesablamalarının əvəzini öz ciblərindən ödəməyə məcbur edən həqiqi vətəndaş şüurunun yüksəlişini görəcəyik. Belə bir oyanışı ancaq alqışlamaq olar, baxmayaraq ki, bu, ABŞ-da və Avropanın milli yönümlü dövlətlərin hakimiyyətə gəlməsi ilə bitməyəcək", - Narışkinin Milli Müdafiə jurnalının saytında dərc olunan məqaləsində deyilir.

AzVision.az -ın məlumatına görə, məqalədə Narışkin hesab edir ki, ABŞ başda olmaqla, Qərb inanmadığı və öz hərəkətləri ilə daim təkzib etdiyi ideoloji təlimatları dünyaya yaymağa çalışır.

"ABŞ başda olmaqla, Qərb öz hərəkətləri ilə inanmadığı və daim təkzib etdiyi ideoloji təlimatları dünyaya yaymağa çalışır. Beynəlxalq siyasət üzrə aparıcı amerikalı ekspert Fərid Zəkəriyyənin qeyd etdiyi kimi, “imperiya” öz qüvvələrini həddən artıq genişləndirib və tədricən messian ritorikasını real addımlarla dəstəkləyə bilməyən “şişirilmiş hegemonluğa” çevrilir. Ukrayna ətrafında baş verən böhran bu qənaətin doğruluğunu tam təsdiqləyir”, - deyə o bildirib. O əlavə edib ki, NATO Ukraynanı Rusiya üçün bir növ Əfqanıstana çevirməyə çalışacaq.

AzVision.az






Teqlər:



Xəbər lenti