"Zelenskiyə silah verməliyik" - Borrel
- Biz ukraynalılara özlərini müdafiə etmələri üçün kömək etməliyik. Ukraynaya demək olar ki, bir milyard avro verdik. Bu, çox görünə bilər, amma bir milyard avro Putinə onun bizə verdiyi enerjiyə görə hər gün ödədiyimiz puldur, - Borrell deyib.
O, Zelenskinin onlardan gözləntisi barədə də söz açıb.
- Zelenskinin bizim ona qəhrəman olduğunu daha az söyləməyimizə və döyüşməsi üçün daha çox silah verməmizə ehtiyacı var. Ukraynalıların bizdən gözlədiyi budur. Biz bunu daha tez etməliyik. Rusiyaya təzyiq göstərməli Ukraynanı isə silahlandırmalıyıq, - Borrel vurğulayıb.
Tural Tağıyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


