Çin Brüssel görüşünü alqışladı

   Çin Brüssel görüşünü alqışladı
  07 Aprel 2022    Oxunub:1307
Rəsmi Pekin bir gün əvvəl Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında aparılan danışıqları, eləcə də Bakı ilə İrəvan arasında regionda sülh və sabitliyin birgə qorunmasına yönəlmiş bütün danışıqlar prosesini alqışlayır.
AzVision.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan aprelin 7-də keçirdiyi brifinqdə bildirib.

"Çin hər iki tərəfin mövcud fikir ayrılıqlarını dialoq və məsləhətləşmələr yolu ilə həll etmək qərarını alqışlayır, tərəfləri razılaşmaları yerinə yetirəcəyinə, regionda sülh və sabitliyi birgə qoruyacağına səmimi ümid edir", - çinli diplomat bildirib. Onun sözlərinə görə, həm Azərbaycan, həm də Ermənistan Çinlə tərəfdaşlıq dostluq əməkdaşlıq münasibətlərindədir.

Qeyd edək ki, aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşü olub.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Çin   Azərbaycan  



Xəbər lenti