"44 günlük müharibədən sonra 208 nəfər itkin düşüb" - Paşinyan

   "44 günlük müharibədən sonra 208 nəfər itkin düşüb" -    Paşinyan
  07 Aprel 2022    Oxunub:1069
44 günlük müharibənin nəticələrinə görə, 208 nəfər itkin düşmüş hesab olunur. AzVision.az xəbər verir ki, bunu Ermənistan hökumətinin iclasında çıxış edən baş nazir Nikol Paşinyan deyib.
- Ümumilikdə iki müharibənin, birinci və ikinci Qarabağ müharibəsinin nəticələrinə görə 985 nəfər itkin düşüb, - Paşinyan erməni itkinlər barədə danışarkən deyib.

Onun sözlərinə görə 985 nəfərdən 777-si bu statusu birinci Qarabağ müharibəsindən sonra alıb. Ermənistanın baş naziri qeyd edib ki, Brüsseldə itkin düşənlərin taleyinə aydınlıq gətirmək üçün Azərbaycan lideri və Avropa Şurasının rəhbəri Şarl Mişellə əməkdaşlıq imkanları müzakirə olunub.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti