Obama Putinə son xəbərdarlıq etdi
ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. Söhbəti zamanı ABŞ prezidenti narahatlığını dilə gətirərək bildirib ki, onun fikrincə Rusiya Ukraynanın şərqində Rusiyaya meylli qüvvələri dəstəkləyir. Məhz Rusiyanın dəstəyi ilə separatistlər Ukraynada vəziyyəti gərginləşdirir. AzVision.az bu barədə Reuters agentliyinin Ağ Evə istinadla verdiyi xəbərə əsasən məlumat verir.
Məlumata görə, ABŞ prezidenti, Rusiyaya bu vaxta kimi məruz qaldığı sanksiyaları, siyasi və iqtisadi cəhətdən təcrid olunmağını xatırladaraq qeyd edib ki, Ukraynadakı hərəkətlərinə davam edəcəyi təqdirdə yeni sanksiyalar tətbiq olunacaq. “Son nəticədə, Ukrayna xalqının özü öz gələcək taleyini müəyyən etməlidir”, - deyə Obama vurğulayıb.
Söhbət zamanı Obama, həmçinin separatistləri “silahaı yerə qoymağa və qan tökməməyə çağırıb.
Rusiya prezidenti Vladimir Putin isə öz növbəsində rəhbəri olduğu ölkənin `Ukraynanın işlərinə qarışmadığını bildirib`. Putin deyib ki, “ Donetsk, Luqansk , Xarkov və Slavyansk və digər şəhərlərdə etiraz nümayişləri -Kiyev hökumətinə etiraz və rəhbərliyin səriştəsizliyinin nəticəsidir”.
O, Obamanı “ Amerika tərəfinin bütün mümkün imkanlardan istifadə edərək Ukraynanın cənub -şərq regionlarında silahdan istifadəyə, qan tökülməsinə imkan verməməyə çağırıb.
Qeyd edək ki, telefon bağlantısının Rusiya tərəfinin təşəbbüsü ilə baş tutduğu bildirilir.
Səbinə Həsənova