Mark azərbaycanlı gəncə 2 cüt corab hədiyyə etdi - FOTO

   Mark azərbaycanlı gəncə 2 cüt corab hədiyyə etdi -    FOTO
  07 Aprel 2022    Oxunub:1139
Azərbaycanlı gənc Emin Quliyev ABŞ-ın çoxmillətli korporasiyalarından olan “Meta”da Baş proqram mühəndisi vəzifəsində işə başlayıb.
AzVision.az Report-a istinadən xəbər verir ki, bu barədə o özü məlumat verib.

E.Quliyev qeyd edib ki, fəaliyyətə başlaması münasibəti ilə “Meta” ona bir cütü ağ, o biri isə qara olmaqla 2 cüt corab hədiyyə edib.

Corabların üzərində isə “Hər bir səyahət ilk addımdan başlayır və hər bir ortaqlıq bir səslə başlayır. “Meta”da icma yaratmaq üçün addım atmaq budur”.

Münhen Texniki Univestitetini bitirən E.Quliyev bu təyinata qədər “Microsoft”, “Amazon” və “Delivery Hero” şirkətlərində müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, Feysbuk bir müddət öncə rebrendinq edərək “Meta” adlanıb və hazırda bu şirkətə Feysbuk, Messencer, İnstaqram və Vatsap daxildir.

Ötən ilin sonuna olan məlumata görə, “Meta”nın əməkdaşlarının ümumi sayı 72 minə çatır.



AzVision.az


Teqlər:



Xəbər lenti