Şanxay pandemiyanın əvvəlinə qayıdır?

Şanxay pandemiyanın əvvəlinə qayıdır?
  07 Aprel 2022    Oxunub:957
Şanxayda sərt karantinin müddəti uzadılıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Bildirilir ki, Çinin səlahiyyətli orqanları 25 milyon əhalisi olan Şanxayda Covid 19 virusunun yeni dalğasının yayılmasından sonra şəhərdə karantin müddətinin uzadılması barədə qərar qəbul ediblər.
Əvvəlcə ölkənin şərqində və qərbində xüsusi məhdudiyyəttlər tətbiq olunub. Lakin indi bütün şəhər qeyri-müəyyən müddətlik məhdudiyyətlərə məruz qalır.

Qeyd edək ki, Şanxay bu günə qədər sərt karantin tətbiq olunan ən böyük şəhər olub. Çinin əsas maliyyə mərkəzi hesab olunan bu şəhər 1 aydan çoxdur ki, koronovirus infeksiyasının yeni dalğası ilə mübarizə aparır. Beynəlxalq standartlara əsasən bu rəqəmlər elə yüksək göstərici olmasa da, şəhərdə yoluxma faktı gün ərzində 13 000-i ötüb. Hətta Şanxayın bəzi ərazilərində əhaliyə yaşadılqları məkanı tərk etməyə dair qadağalar tətbiq olunub.

Qeyd edək ki, koronavirusun yeni növü Çinin Uhan bölgəsində meydana çıxdı. Buradan bütün dünyaya yayılan infeksiya pandemiyaya səbəb oldu. Sonradan Çin uğurlu şəkildə virusun geniş yayılmasının qarşısını almağı bacardı.

Aytən Əzimova
AzVision.az



Teqlər: Şanxay   Virus   Məhdudiyyət  





Xəbər lenti