Hulusi Akar Şoyqu ilə danışıb

Hulusi Akar Şoyqu ilə danışıb
  07 Aprel 2022    Oxunub:1267
Türkiyənin Müdafiə naziri Hulusi Akar ilə Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akar diplomatik həllə kömək etmək üçün dərhal atəşkəsə nail olunmasının vacibliyini və Mariupol başda olmaqla, qurudan-dənizdən dinc əhalinin təhlükəsiz təxliyyəsinin vacibliyini vurğulayıb.

Telefon danışığında Rusiyaya hər cür humanitar yardım göstərməyə çalışan Türkiyənin daha əvvəl olduğu kimi bölgədə sülhün təmin olunması üçün üzərinə düşəni etməyə davam edəcəyi də bir daha vurğulanıb.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti