Zelenski: "Dünya müharibənin bitməsini istəyirsə, bizi ağır silahlarla təmin etməlidirlər"

      Zelenski:    "Dünya müharibənin bitməsini istəyirsə, bizi ağır silahlarla təmin etməlidirlər"
  07 Aprel 2022    Oxunub:823
Dünya müharibənin bitməsini istəyirsə, Ukraynanı çox tez zamanda ağır silahlarla təmin etməlidir, əks halda bu, hələ uzanacaq.
AzVision.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Hindistanın “Respublika Media Network” media orqanına müsahibəsində deyib.

"Dünya liderləri və ya qlobal qurumların bizə silah verməməsi müharibənin uzadılmasına səbəb olur. Çünki biz təslim olmaq fikrində deyilik".

Zelenski əmin edib ki, Ukrayna Rusiya Federasiyasının ərazisini ələ keçirməyi planlaşdırmır və heç vaxt da niyyətində olmayıb:

"Biz heç vaxt bu barədə düşünməmişik, nə bir rus şəhəri, nə də bir nəfər - bu bizə lazım deyil. Biz yalnız öz torpağımız üçün vuruşuruq. Ona görə də bu silah bizə gələndə düşməni sıxışdıra biləcəyik. Bizə ancaq bizimki lazımdır”, - deyə prezident vurğulayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti