İranla sərhəddə atışma: Ölən var - YENİLƏNİB

  İranla sərhəddə atışma:  Ölən var -  YENİLƏNİB
  08 Aprel 2022    Oxunub:2040
Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti İranla sərhəddə yaşanan insidentlə bağlı məlumat yayıblar. AzVision.az -a daxil olan məlumatda bildirilir ki, 7 apreldə “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığındakı zastavasının ərazisində 3 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində hərəkəti müşahidə olunub.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılaraq sərhəd pozucularının təqibinə başlanılıb. Sərhəd naryadının “Dayan!” əmrinə və havaya xəbərdarlıq atəşinə məhəl qoymayan sərhəd pozucuları odlu silahdan atəş açaraq, sərhədçilərin qəsdən öldürülməsinə cəhd ediblər.

Sərhəd naryadı tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq silah tətbiq edilib, sərhəd pozucularından biri zərərsizləşdirilib, digəri saxlanılıb, 1 nəfər isə havanın qaranlıqdan istifadə edib sərhəd naryadına qarşı silahlı müqavimət göstərməklə gizlənib. Hazırda onun saxlanılması istiqamətində tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Zərərsizləşdirilmiş sərhəd pozucusunun yanında AKM tipli Kalaşnikov avtomatı, 2 ədəd bağlamadan 24 kiloqram 730 qram narkotik vasitə (9915 qram “marixuana”, 10650 qram “heroin”, 85 qram “tiryək”, 4080 qram “metamfetamin”) və 300 ədəd “metadon 40” psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb. Saxlanılmış sərhəd pozucusu özünü İran vətəndaşı Piran Behzat Məhəmməd olaraq təqdim edib.

İran tərəfi baş vermiş hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılıb.

Faktla bağlı cinayət işi başlanılıb, hazırda Baş Prokurorluq və DSX tərəfindən birgə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AzVision.az



Teqlər:



Xəbər lenti