Rusiyada koronavirus əlyehinə burun peyvəndinin istifadəsinə başlandı

   Rusiyada koronavirus əlyehinə    burun peyvəndinin istifadəsinə başlandı
  08 Aprel 2022    Oxunub:1398
Rusiyada koronavirusa qarşı burun peyvəndi artıq sadə vətəndaşların istifadəsi üçün dövriyyəyə buraxılıb. AzVision.az xəbər verir ki, bu barədə Qamaley adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatlar Mərkəzinin direktoru Aleksandr Qintsburq məlumat verib.
O qeyd edib ki, artıq "Rəsmi şəkildə vətəndaşlar üçün istifadəyə başlanılıb və vaksinin keyfiyyət nəzarətindən keçib".

Onun sözlərinə görə, vaksin Sputnik V ilə eyni tərkibə malikdir.

Xatırladaq ki, aprelin 1-də Rusiya Səhiyyə Nazirliyi koronavirus infeksiyasına qarşı dünyada ilk burun peyvəndini qeydiyyatdan keçirdiyini bəyan etdi. Mütəxəssislərin fikrincə, koronavirusa qarşı burun peyvəndi asanlıqla bədənə qəbul olunur.

Tural Tağıyev
AzVision.az



Teqlər: Peyvənd   Rusiya  



Xəbər lenti