"Sülhməramlılar ümidlərimizi doğrultmadı" - Erməni deputat

   "Sülhməramlılar ümidlərimizi doğrultmadı" -    Erməni deputat
  08 Aprel 2022    Oxunub:894
Erməni deputat, parlamentin "Şərəfim var" fraksiyasının üzvü Tiqran Abramyan Brüssel görüşündən sonra İrəvanın əleyhinə işləyən qərarların qəbul edildiyini deyib. AzVision.az xəbər verir ki, Abramyan üçtərəfli görüşdə Fərrux kəndi və yaxınlıqdakı dağ silsiləsinin Azərbaycan Ordusunun nəzarətindən çıxarılması məsələsinm həllini tapmamasından gileylənib.
İrəvanın narkoman məmuru istefa verdi - Muradovu ölümlə hədələmişdi
O qeyd edib ki, məlum məsələ Rusiya-Azərbaycan münasibətləri ilə tənzimlənir. Erməni deputat vurğulayıb ki, onlar üçün əsas problem Azərbaycanın həmin ərazilərə nəzarəti bərpa etməsi deyil, Rusiya sülhməramlılarının bu insidentə reaksiya verməməsidir.

- Göründüyü kimi, sülhməramlılar "Artsax"lıların (Keçmiş qondarma rejim-red.) ümidlərini doğrultmadılar, azərbaycanlıların hücumlarının qarşısını almadılar, Azərbaycan qoşunlarını ilkin mövqelərinə qaytarmadılar.

Ancaq başqa bir ağrılı epizod da var. Əslində, Paşinyan Azərbaycan qoşunlarının hərəkətlərindən səthi şəkildə narahatlığını ifadə edir. Lakin o göstərir ki, bu, Ermənistanın nizamlanma problemi deyil, məlum problem Ermənistan ilə Azərbaycan arasında münasibətlərə maneə ola bilməz".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Sülhməramlı   Ermənistan   Deputat  



Xəbər lenti