Prezident Ofisi: "Ukrayna Krım məsələsini ertələyə bilər"

      Prezident Ofisi:    "Ukrayna Krım məsələsini ertələyə bilər"
  08 Aprel 2022    Oxunub:712
"Krım Ukraynanın ayrılmaz hissəsidir. Bu məsələnin ertələnməsi sülh müqaviləsinin imzalanması üçün ola bilər. Biz dəqiq bilmək istərdik ki, neçə ölkə yanımızda olacaq".
AzVision.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak “RBK Ukraina”ya müsahibəsində deyib. Onun sözlərinə görə, rəsmi Kiyev müvəqqəti barışıqda maraqlı deyil:

“Bizə davamlı sülh lazımdır. Müvəqqəti razılıq durumun daha da gərginləşməsinə səbəb ola bilər. Elə etmək lazımdır ki, Rusiyanın Ukrayna ərazisini atəşə tutmaq və sərhədlərimizi keçmək barədə düşüncülərə qapılması belə, mümkün olmasın”.

AzVision.az



Teqlər: Ukrayna   Krım  



Xəbər lenti