Kiyev uğrunda həlak olan azərbaycanlı snayper: "Alik" necə öldürülüb?

Kiyev uğrunda  həlak olan azərbaycanlı snayper: "Alik" necə öldürülüb?
  08 Aprel 2022    Oxunub:4348
Martın 27-də azərbaycanlı Elnur Həsənov (“Alik”) “Karpat Seçi” könüllü dəstəsinin tərkibində Kiyevi müdafiə edərkən həlak olub. AzVision.az xəbər verir ki, bu barədə könüllü batalyonunun facebook səhifəsində məlumat paylaşılıb.
Bildirilib ki, Elnur 1993-cü ildə anadan olub. Snayper qurupunun komandiri idi. O, 44 günlük Vətən müharibəsində də iştirak edib. Ailəli olub, iki uşaq atası imiş. Həyat yoldaşı hamilədir.

O, Rusiyanın Ukraynaya hücumunun ilk günlərindən könüllü olaraq döyüşməyə başlayıb. Döyüş yoldaşları onun “əsl kişi, döyüşçü, təlimatçı, savadlı, parlaq və pozitiv insan” olduğunu bildiriblər.


Xarkovun müdafiəsinə getməyi planlaşdırırmış. “Şərin harada baş verməsindən asılı olmayaraq, hər bir insan özünü pislikdən qorumalıdır”, - deyə Elnur Həsənov bildirib.
O, İrpendə düşmən mövqelərini kəşf edən “Karpaet Seçi”nin könüllüsü David Qoberjişvili ilə birlikdə həlak olub. Hər ikisi minaatan atəşinə tuş gəliblər.

“Eşq olsun Elnur Həsənova! Yaşasın Azərbaycan! Yaşasın Ukrayna!”, - deyə səhifə qeyd edib.





Şahanə Rəhimli
AzVision.az


Teqlər: Ukrayna   Kiyev  



Xəbər lenti