"Rusiya Qvardiyasının xüsusi təyinatlıları Xarkov vilayətində kəşfiyyat apararkən ukraynalı millətçilərdən ibarət silahlı dəstə aşkar ediblər. Xüsusi təyinatlılar onlarla döyüşə başlayıblar və artilleriya heyətini məhv ediblər. İriçaplı silahlardan, pulemyotdan açılan atəşə baxmayaraq, Rusiya Qvardiyasının xüsusi təyinatlıları düşməni susdurublar. Millətçi dəstənin bir hissəsi məhv edilib, yerdə qalanlar isə ağır silahları qoyaraq geri çəkiliblər”, - Milli Qvardiyanın məlumatında deyilir.
Məlumatda o da qeyd edilir ki, xüsusi təyinatlılar 122 mm-lik D-30 haubitsaları və 120, 80 mm çaplı minaatanları ələ keçirib.
Tural Tağıyev
AzVision.az