"Şolz tankların Ukraynaya çatdırılmasını gecikdirir" - Politico

   "Şolz tankların Ukraynaya çatdırılmasını gecikdirir" -    Politico
  08 Aprel 2022    Oxunub:1166
Almaniya kansleri Olaf Şolz bir neçə yüksək vəzifəli məmurun təzyiqinə baxmayaraq, Ukraynanı yüksək texnologiyalı tanklarla təmin edilməsi ilə bağlı yekun qərarını təxirə salıb.
AzVision.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. Sayt məsələnin müzakirəsi ilə tanış olan mənbələrinə istinad edib.

Qeyd edilir ki, vitse-kansler və iqtisadiyyat naziri Robert Habek, xarici işlər naziri Annalena Burbok tərəfindən irəli sürülən məlum yardım planında təxminən 100 tank nəzərdə tutulur.

Müəllif yazır ki, ilkin olaraq bu həftə bu məsələ ilə bağlı qərarın veriləcəyi gözlənilirdi. Amma indi kansler iddia edir ki, Almaniya bu cür ağır hərbi texnikanı tədarük etməzdən əvvəl ilk növbədə bu məsələdə Qərb müttəfiqləri ilə ortaq mövqe əldə etməlidir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti