`Putinin məqsədi Kiyevi ələ keçirməkdir` – ŞOK İDDİA

`Putinin məqsədi Kiyevi ələ keçirməkdir` – ŞOK İDDİA
  15 Aprel 2014    Oxunub:1120
Ukraynanın keçmiş ədliyyə naziri Serqey Qolovatov sensasion bəyanatla çıxış edib.
Qolovatov Ukrayna prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinovun və “Batkivşina”nın lideri Yuliya Timoşenkonun Kremlin agentləri olduğunu açıqlayıb. Onun sözlərinə görə, hər iki şəxs Vladimir Putinlə işləyərək, Ukraynanı məhv edir.

“Radanın sədri seçildiyi gündən Turçinovun Ukraynanın maraqlarını ayaqlar altına atır. Şəxsi müçahidələrimə əsasən deyə bilərəm ki, prosesə şəxsən Putin və onun dostu Medvedçuk nəzarət edir. Təbii ki, rəhbərlikdəki agentlər, Turçinov və Timoşenko vasitəsilə”-deyə Qolovatov vurğulayıb.

Qolovatov onu da bildirib ki, Putinin məqsədi Kiyevi ələ almaqdır və onu bu yolda heç kim saxlaya bilməyəcək.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti