"Kiyevə 60 minə yaxın tank əleyhinə sistem verilib" - Amerikalı general

   "Kiyevə 60 minə yaxın tank əleyhinə sistem verilib" -    Amerikalı general
  08 Aprel 2022    Oxunub:781
Qərb ölkələri artıq Ukraynaya 60 minə yaxın tank əleyhinə sistem və 25 min daşına bilən zenit-raket kompleksi verib. AzVision.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli Senatın Silahlı Qüvvələr Komitəsinin iclasında deyib.
"Şolz tankların Ukraynaya çatdırılmasını gecikdirir" - Politico
- Onlar (Ukraynalılar-red.) ABŞ, eləcə də müttəfiqlərimiz və tərəfdaşlarımız tərəfindən göndərilən 60 min tank əleyhinə sistemə, təxminən 25 min zenit-raket sisteminə görə son dərəcə minnətdardırlar, - Millli qeyd edib.

Qeyd edək ki, bununla paralel olaraq ABŞ dövlət katibi Entoni Blinken də diqqət çəkən açıqlama verib. O deyib ki, Qərb ölkələri yardım çərçivəsində Ukraynaya verilən silahların çeşidini genişləndirmək imkanlarını araşdırır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   General   Ukrayna   ABŞ  



Xəbər lenti