Rusiya Ukraynanı dənizdən "Oniks" ilə vurdu - VİDEO

   Rusiya Ukraynanı dənizdən "Oniks" ilə vurdu -    VİDEO
  08 Aprel 2022    Oxunub:1595
Rusiya Müdafiə Nazirliyi Ukraynadakı müharibə zamanı “Oniks” raketindən istifadəyə dair məlumat yayıb. AzVision.az xəbər verir ki, nazirlik mediaya raketin buraxılışını əks etdirən videonu təqdim edib.
"Ukrayna Kramatorska "Toçka-U" atıb" - Rusiya
Kadrlarda raketin buraxılış qurğusundan çıxması və sürətlənərək dəniz üzərində dumanın içində itməsi görünür.

“Qara dəniz sahilindən “Bastion” sahil raket sisteminin ekipajı Ukrayna ərazisində təyin olunmuş yerüstü hədəfə yüksək dəqiqliyə malik “Oniks” raketini buraxıb”, - nazirliyin məlumatında deyilir.


Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov cümə günü keçirdiyi brifinqdə məlumat vermişdi ki, "Bastion"un yüksək dəqiqlikli raketləri Odessanın şimal-şərqində, Krasnoselka yaxınlığındakı Xarici Muzdluların Toplama və Təlim Mərkəzini məhv edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Raket  



Xəbər lenti