“Azercell Telekom” da bu konsepsiyaların nəzərdə tutduğu əşyaların internetinə (IoT) əsaslanan daha az enerji sərfiyyatlı şəbəkə infrastrukturunun sınaqlarını uğurla həyata keçirən Azərbaycanın ilk mobil operatoru oldu və bu istiqamətdə fəaliyyətini davam etdirməyə hazırdır.
Həkəri çayının sahilində yerləşən Ağalı kəndində Azercell Müştəri Xidmətləri Zəngilanda çalışan abunəçilərlə görüşdü. Səfər zamanı hərbçilər, tibb işçiləri, müxtəlif qurum və şirkətlərin əməkdaşları da daxil olmaqla, çoxsaylı abunəçiyə xidmət göstərilərək 50-dən çox fərqli müxtəlif müştəri əməliyyatı həyata keçirildi.
Azercell ilə “Kinon Plus”-dan 7 gün pulsuz istifadə imkanı! |
Qeyd etmək lazımdır ki, bir qayda olaraq Azercell-in Müştəri Xidmətləri Mərkəzlərində göstərilən bütün növ xidmət və əməliyyatlar, o cümlədən yeni təsisat, sim kartın dəyişdirilməsi və nömrənin bərpası kimi əməliyyatlar Zəngilan abunəçiləri üçün ödənişsiz həyata keçirildi.
Xatırladaq ki, ötən ilin sentyabr ayında Azercell-in Mobil Müştəri Xidmətləri mobil rabitə təminatçıları arasında ilk dəfə olaraq Şuşaya səfər etmiş və oradakı abunəçilərə ödənişsiz xidmətlər göstərmişdir. Bundan əlavə, Azercell şirkəti Şuşada Azercell Eksklüziv ofisini, həmçinin, Zəngilanda rəsmi diler mağazasını açacaq.
Azercell-in əsas vəzifəsi və məqsədi işğaldan azad ərazilərdə tam gücü ilə yeni nəsil şəbəkənin genişləndirilməsini sürətləndirmək və bu ərazilərə qayıdacaq əhalini mobil internet və qabaqcıl kommunikasiya xidmətləri ilə təmin etməkdir.