Ukrayna: "Rusiya vağzala raket atıb, 50 nəfər dinc sakin ölüb" - YENİLƏNİB

  Ukrayna: "Rusiya vağzala raket atıb, 50 nəfər dinc sakin ölüb" -   YENİLƏNİB
  08 Aprel 2022    Oxunub:2469
Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində ölənlərin sayı 50-yə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Donetsk Regional Dövlət Administrasiyasının sədri Pavel Kirilenko bildirib.

Ölənlərdən 5-i uşaqdır. İndiyədək 98 nəfər xəstəxanalara çatdırılıb.

***
Ukrayna Rusiyanı Donetskdə dəmir yolu vağzalını raketlə vurmaqda ittiham edib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

"Ukrayna Kramatorska "Toçka-U" atıb" - Rusiya
"İşğalçıların iki raketi Donetsk vilayətinin Kramatorsk dəmir yolu stansiyasına düşüb. Nəticədə 30 nəfər ölüb, 100-dən çox adam yaralanıb. Bu barədə “Ukrzaliznitsa” ASC-nin İdarə Heyətinin sədri Aleksandr Kamışin məlumat verib", - məqalədə yazılıb..

- Bu, dəmir yolunun sərnişin infrastrukturuna və Kramatorsk şəhərinin sakinlərinə məqsədyönlü zərbədir, - məmur deyib.

Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko isə deyib ki, atılan raket “İsgəndər” olub. O, polisin, xilasedicilərin hadisə yerində fəaliyyət göstərdiyini və onlarla ölü və yaralının olduğunu bəyan edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Raket   Ukrayna   Rusiya  



Xəbər lenti