"Postda duran uşaqların ürəyini çıxardıb, tank ilə əzmişdilər" - Ağdaban şahidləri danışır + VİDEO

   "Postda duran uşaqların ürəyini çıxardıb, tank ilə əzmişdilər" -    Ağdaban şahidləri danışır + VİDEO
  08 Aprel 2022    Oxunub:1878
Ermənilərin Kəlbəcər rayonunun Ağdaban kəndində törətdiyi qətliamdan 30 il keçir. 1992-ci ilin aprel ayının 7-dən 8-nə keçən gecə ermənilər Ağdabana hücum edərək kəndin dinc əhalisini amansızcasına qətlə yetiriblər.
Faciə zamanı 67 nəfər öldürülüb, 8 nəfər 90 – 100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb. 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarətləri yetirilib, 5 nəfər girov götürülüb. 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib. 130-dan çox ev tamamilə yandırılıb.

Ağdaban soyqırımı tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri hesab edilir. Kəndin sakinləri şahidi olduqları faciə haqqında danışıblar:



Rafiq Məhərrəmov: "1992-ci il aprelin 8-də mənim qardaşımın yas mərasimi olmalıydı və biz ona hazırlıq görürdük. Sübh tezdən kənd 3 tərəfdən atəşə tutuldu. Bu hücum nəticəsində kəntdə 34 nəfər qəddarlıqla öldürüldü.

Orada əqli və fiziki qüsurlu insalar var idi ki, bu hadisələrdən canını qurtara bilmədilər. Onları da böyük işgəncə ilə ot tayasına atıb yandırdılar".

Mütəllim Hüseynov : "Erməni quldurları Kəlbəcərin Ağdaban kəndinə elə bir hücum etdi ki... Camaat səhər - səhər yuxudan durmamış ermənilər kəndin əhalisinin başının üstünü aldı. Rəhmətlik kəndlimiz Camal qızı Ülviyyəni kürəyinə bağlamışdı. Arxadan atmışdılar, güllə uşağa dəyib, ondan atasına keçmişdi. İkisini bir gülə ilə öldürmüşdülər.



Bizim kəndimizdə əqli cəhətdən qüsurlu olan Musa var idi. O qaçmaq nədir bilmirdi. Deyirdi ki, erməni mənə nə edəcək? Ağlı kəsmirdi. Ermənilər onun əlini bağlayıb, ot tayasında yandırmışdı. Anası Hayat arvad hayına yüyürüb deyəndə ki, oğlumu öldürməyin, anasını divara dirəyib ağzından güllələmişdilər.

Bizim hərbçilərimiz geri qayıdandan sonra mən həmin hadisələri gözümlə gördüm. Bizim kəndin üstdə posta duran uşaqlardan rəhmətlik Qorxmaz, Ziyəddəin, İsfəndiyar - bunları öldürüb, ürəyini çıxarmışdılar. Onları sağ ikən yerə sıra ilə düzüb üstlərindən tank ilə keçmişdilər. Bu elə bir hücum idi ki, kəntdə daş-daşın üstdə qalmadı. Camaatın mülkini, malını yığıb apardılar.

Sovet dayımın ailkəsini məhv etdilər".





Şahanə Rəhimli

AzVision.az


Teqlər:



Xəbər lenti