Rusiyanın itkiləri 19 minə çatdı

   Rusiyanın itkiləri    19 minə    çatdı
  08 Aprel 2022    Oxunub:735
Ukrayna Rusiyanın müharibə itkiləri barədə məlumat yayıb. AzVision.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə genişmiqyaslı işğal əməliyyatları həyata keçirən rus ordusu 19 minə yaxın itki verib.
"Aprelin 8-nə olan son məlumatlara görə 700 tank, 1891 zirehli döyüş maşını, 333 artilleriya sistemləri, 108 raket sistemləri, 55 ədəd hava hücumundan müdafiə sistemləri, 150 təyyarə, 135 helikopter, 1361 avtomobil, 7 gəmi və ya qayıq, 76 yanacaq və sürtkü yağları olan çən, 112 əməliyyat-taktiki səviyyəli PUA, 25 ədəd xüsusi avadanlıq sıradan çıxarılıb", - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az





Teqlər:



Xəbər lenti