Rusiya Müdafiə Nazirliyi: "Vağzalı biz vurmamışıq"

      Rusiya Müdafiə Nazirliyi:    "Vağzalı biz vurmamışıq"
  08 Aprel 2022    Oxunub:957
Aprelin 8-də Rusiya Ordusunun Donetskin Kramatorsk şəhərinin dəmir yolu stansiyasına raket hücumu həyata keçirməsi ilə bağlı iddialar doğru deyil. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Ukrayna: "Rusiya vağzala raket atıb, 50 nəfər dinc sakin ölüb" - YENİLƏNİB
"Kiyev millətçi rejiminin nümayəndələrinin aprelin 8-də Rusiyanın Kramatorsk şəhərindəki dəmiryol vağzalına həyata keçirdiyi iddia edilən "raket hücumu" ilə bağlı bütün bəyanatları təxribatdır və tamamilə həqiqətə uyğun deyil. Həmin tarixdə Rusiya silahlı qüvvələrinin Kramatorska heç bir atəş tapşırığı planlaşdırılmayıb", - məlumatda deyilir.

Qeyd edilir ki, Kiyev rəsmiləri Kramatorsk dəmir yolu stansiyası yaxınlığında aşkarlanan qalıqlara əsasən raketin “Toçka-U” olduğunu deyirlər. Bu taktiki raketlərdən isə yalnız Ukrayna hərbçiləri istifadə edir.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Raket  



Xəbər lenti