Yaponiya daha 20-yə yaxın Rusiya təşkilatına qarşı sanksiya tətbiq edib

   Yaponiya daha    20-yə yaxın    Rusiya təşkilatına qarşı sanksiya tətbiq edib
  08 Aprel 2022    Oxunub:916
Ukraynada baş verən hadisələr fonunda Yaponiya sanksiyalar siyahısına daha 20 təşkilatı və 400-ə yaxın şəxsi, o cümlədən Rusiyadan olan deputatları daxil edəcək. AzVision.az xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida mətbuat konfransında deyib.
- Hərbi sahə ilə bağlı 20-yə yaxın təşkilata, o cümlədən 400-ə yaxın şəxsə, o cümlədən hərbi qulluqçulara, deputatlara qarşı sanksiyalar tətbiq edilir.

Qeyd edək ki, Yaponiya bu günə kimi Rusiyaya qarşı bir neçə sanksiya paketi tətbiq edib. Yaponiyanın Moskvaya qarşı sanksiyalar siyahısına 101 ad və 130 təşkilat daxil edilib. Həmçinin 300-ə yaxın məhsulun, eləcə də dəbdəbəli əşyaların ixracına qadağa qoyulub.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti